Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Dekabr 2020 14:44
Nikol Paşinyanın istefasını yönəlik etirazlar təkcə Ermənistanda deyil, həm də diasporada, xüsusən də böyük bir erməni icmasının olduğu və erməni lobbi qruplarının dövlət aparatına və hakim dairələrə böyük təsiri olan ölkələrdə baş verir. Son günlərdə diasporanın çoxsaylı strukturları etiraz aksiyalarından əlavə Paşinyanın istefası ilə bağlı açıqlamalar veriblər.
Sonxeber.net bildirir ki, bu haqda "Past" qəzeti yazır.
Qəzetin yazdığına görə, bu fakt Ermənistan hakimiyyəti tərəfindən olduqca ağrılı bir şəkildə qəbul edilib. Xarici İşlər Nazirliyindəki mənbələrin verdiyi məlumata görə, son 3-4 gün ərzində bir sıra Avropa ölkələrində Ermənistan səfirlərinə Paşinyan əleyhinə kampaniyaların qarşısını almaq üçün səy göstərmək üçün xüsusi təlimat verilib. Xüsusilə, səfirlərə yerli erməni icmalarının, işgüzar dairələrin rəhbərləri ilə görüşmək və onları razı salmaq tapşırılıb.
"Yeri gəlmişkən, əldə etdiyimiz məlumata görə, bəzi ölkələrin səfirləri diaspora üzərində çox təsir göstərmədiklərini qeyd edərək narahatlıqlarını dilə gətirdilər, lakin səlahiyyətlilər nəyin bahasına olursa olsun müsbət bir nəticə əldə edilməli olduğunu, əks təqdirdə yollarını başqalarına verməli olduqlarını israr etdilər", - qəzet yazır.
Aslan Məmmədov