Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Göz qoruma funksiyalı “Huawei” masaüstü lampası təqdim edilib

Göz qoruma funksiyalı “Huawei” masaüstü lampası təqdim edilib

Tarix: 15 Dekabr 2020 21:40

"Huawei" şirkəti "Smart Select Darren Smart Desk Lamp 2i" adlı masaüstü lampa təqdim edib.
 
Milli.Az ictnews.az-a istinadən bildirir ki, çıraqda "Ra>95" yüksək rəngvermə indeksli işıq diodlu lampalardan istifadə edilib. Həmçinin onların rəng temperaturu 4000K standartına uyğun olmaqla göz yorğunluğuna səbəb olan mavi spektrin səviyyəsini azaldır və sabit cərəyandan istifadə sayəsində lampa işığı sayrışma olmadan təmin edir.
 
Sensor displey vasitəsilə mövcud üç parlaqlıq rejimindən birini quraşdırmaq, eləcə də "Huawei Smart Life" proqramı ilə 1-100 faiz arasında rahat tənzimləməni etmək mümkündür. Bundan başqa, yeni qurğu bir düyməyə basmaqla işə düşən gecə işığı funksiyası ilə təchiz edilib.
 
"Smart Select Darren Smart Desk Lamp 2i" masaüstü lampasını həm smartfon, həm də "Huawei" "ağıllı" ekranı və ya kolonkası vasitəsilə idarə etmək olar. Çində satışa çıxarılan "ağıllı" lampanın qiyməti 15 dollar təşkil edir.

Milli.Az


Etiketlər:  Göz qoruma funksiyalı Huawei masaüstü lampası təqdim edilib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ