Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Dekabr 2020 17:56
"Barselona"nın futbolçusu Lionel Messi tarixi nailiyyətə imza atıb.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, o, La Liqanın 19-cu turunda "Real Sosyedad"a 2:1 hesabı ilə qalib gəldikləri ev matçında iştirak edərək bunu bacarıb. Bu görüşlə argentinalı hücumçu "Kamp Nou"da 300-cü qələbəsini qazanıb.
Messinin hesabında İspaniya çempionatında 211, Çempionlar Liqasında 53, İspaniya Kubokunda 30 və ölkə Superkubokunda 6 qələbə var. O, "Kamp Nou"da 380 qol vurub.
Qeyd edək ki, 33 yaşlı oyunçu bu mövsüm La Liqada 12 matçda 5 dəfə fərqlənib.