Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Dekabr 2020 18:24
Aktyor Burak Özçivit sosial media hesabında sevənlərinə çağırış edib.
Sonxeber.net axşam.az-a istinadən bildirir ki, Özçivit qarşıdan gələn ad günü üçün heç bir hədiyyə gözləmədiyini, bunun əvəzində xərçəngdən əziyyət çəkən xəstələrə yardım edilməsini deyib.
"Əziz ailəm və dostlarım. Dekabrın 24-ü ad günümdür. Sizdən hədiyyə, ya da təbrik gözləmirəm. Hər birinizdən yaxşılıq etməyinizi istəyirəm. Az, ya da çox, fərqi yoxdur. Edəcəyiniz maddi yardımlar məni çox sevindirəcək. Xərçəng xəstəsi olan uşaqları, böyükləri xatırlayaq. Əlimizdən gələn qədər onlara dəstək olaq" - deyə, Burak bildirib.