Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Instagram'da yeni xüsusiyyət

Instagram'da yeni xüsusiyyət

Tarix: 17 Dekabr 2020 20:44

Instagram platforması "Reels" vasitəsilə alış-veriş funksiyasını bütün dünyada insanların istifadəsinə təqdim edib. MAC Cosmetics, Revolve, Song of Style by Aimee Song, Rare Beauty ve NBA kimi markalar "Reels"də alış-veriş funksiyasından faydalanmağa başlayan ilk şirkətlər olub. Instagram platformasının @shop profili də öz növbəsində bir sıra yeni marka və kiçik biznes müəssisələrinin alış-veriş edilə bilən "Reels" videolarını yayımlayıb.

Alış-veriş funksiyasını təkmilləşdirməklə insanların cari anda platformanın hansı bölməsində olmasından asılı olmayaraq arzu etdikləri zaman yeni məhsulları kəşf etdib almasını asanlaşdırmağa çalışan Instagram sözügedən yeni funksiya ilə hər hansı "Reels" videosundakı məhsulların üzərinə klikləyərək satın alma, yaddaşda saxlama və ya məhsul haqqında daha geniş məlumat əldə etmə fürsəti yaradır.

Milli.Az


Etiketlər:  Instagramda yeni xüsusiyyət


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ