Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

ABŞ-ın videooyun istehsalçısı Britaniyanın Codemasters şirkətini alır

ABŞ-ın videooyun istehsalçısı Britaniyanın Codemasters şirkətini alır

Tarix: 17 Dekabr 2020 22:52

ABŞ-ın videooyun istehsalçısı Electronic Arts (EA) şirkəti Böyük Britaniyanın Codemasters şirkətini 1,2 milyard ABŞ dollarına almaqla bağlı razılıq əldə edib.

Sonxeber.net ted.az-a istinadən bildirir ki, EA hər səhmə görə 6,04 funt sterlinq ödəyəcək.

Sövdələşmə gələn ilin I rübü ərzində reallaşacaq. Bununla bağlı xəbərlər yayıldıqdan sonra Britaniya şirkətin səhmlərinin qiyməti tədavüldə olduğu London Fond birjasında 18,7 % artaraq 6,38 funt sterlinqə çatıb.

Xatırladaq ki, Codemasters-in səhmlərini EA-nın ABŞ-dan olan əsas rəqibi, Formula 1 video oyununun yaradıcısı Take-Two Interactive Software şirkəti də maraq göstərirdi. O, britaniyalılara hər səhm üçün 4,85 funt sterlinq təklif etmişdi.


Etiketlər:  ABŞ videooyun istehsalçısı Britaniyanın Codemasters şirkətini alır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ