Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Dekabr 2020 10:36
Gürcüstan polisi Tbilisidə yaşayış binasını əl qumbarası ilə partladacağını deyən şəxsi saxlayıb.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə "Rustavi 2" televiziya kanalı məlumat yayıb.
Əvvəlcə hadisənin ailə münaqişəsi səbəbindən baş verdiyi bildirilib.
Polis həmin şəxslə iki saatdan çox davam edən danışıqlardan sonra onu fikrindən yayındırmağa müvəffəq olub. Ərazi hüquq-mühafizə əməkdaşlarının nəzarətinə götürülüb. Media nümayəndələri üçün hərəkət məhdudlaşdırılıb.
Gürcüstan Daxili İşlər Nazirliyi hadisənin təfərrüatı barədə hələlik məlumat verməyib.