Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Dekabr 2020 20:36
Koronavirus xəstəsi üçün hərarəti, təzyiqi, saturasiyanı nəzarətdə saxlamaq lazımdır.
Sonxeber.net pandemiya dövründə hər evdə olmalı tibbi cihaz və aparatların siyahısını hazırlayıb.
- Civəli termometr - hərarət ölçən - Nəzərə alın ki, elektron termometrlərin nəticələri yanlış ola bilər. Ən yaxşısı köhnə bildiyimiz civəli şüşə termometrdir. Qızdırma qol altında və ağızdan yoxlanılır. Ən düzgünü ağızın içindəki hərarəti yoxlamaqdır. Termometrin nazik hissəsini dodaqlarınızın arasında sıxıb yarım dəqiqə gözləyin.
- Pulsoksimetr - ən vacib cihaz. Əl barmağına taxılır. Qanda saturasiyanı - yəni xəstənin qanının oksigenlə nə dərəcədə təmin olunmasını göstərir. Ağciyərlərin necə işləməsini bu cihazla bilmək olar. Normada göstərici 96-98 olmalıdır. Ondan aşağı düşərsə deməli, ağciyərlərdə buzlu şüşə, pnevmoniya irəliləyir. Xəstəxanada da həkimlər xəstəni birinci bu cihaza qoşur. Mini saturasiya cihazlarını apteklərdən almaq olar. O həmçinin ürək ritmi vurğu sayını da göstərir.
- Təzyiq ölçən aparat - elektron və ya mexaniki - koronavirus xəstələri xroniki ürək, şəkər xəstəsi ola bildiyi və gənc xəstələrdə də tez-tez panik atak, əsəbə bağlı baş sıxılma ola bildiyi üçün təzyiqin necə olmasını bilmək vacibdir
- Şəkəri ölçmək üçün qlikometr - çox vacibdir. Koronavirus zamanı qanda şəkər qalxır və ya çox düşür. Bu hətta diabet olmayan xəstələrdə də baş verir. Xəstələr səhər acqarına və axşam toxluq şəkəri ölçməlidir.
Mümkün qədər bu cihazlar hər bir evdə olsun ki, həkimə qədər yardımda həm sizə, həm həkimə lazımi informasiyanı verə biləsiz. /medicina.az