Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Dekabr 2020 09:33
Döyüşə gedəndə gələcəyinə söz vermişdi. Gəldi də. Həm də arzusunu yerinə yetirərək... Qəhrəmanlıq dastanı yazıb, qalib xalqın şəhadətə yüksələn şəhid balası kimi...
Sonxeber.net xezerxeber.az-a istinadən bildirir ki, leytenant Qismət Həməşəyev Qarabağ müharibəsində qəhrəmanlığı ilə seçilən igidlərdən idi.
Mübariz İbrahimovun qəhrəmanlığı ona həmisə stimul verib. Hələ kursant olanda Mübarizin şəkil çəkdirdiyi silahlarla onun kimi şəkil də çəkdirib. Onun kimi şəhid olmağı gözə alaraq düşmən üzərinə qorxusuz yeriyib, məhv etmək arzusu olub. Ordu sıralarından ehtiyyata buraxılan leytenant Həmişəyev nəhayət illər sonra arzusuna çatır. O, yenidən sevimli uniformasını geyinib vətənin harayına yetişir. Senytabrın 21-i sonuncu dəfə ailəsini, doğulub boya-başa çatdığı yeri, Qazaxın Xanlıqlar kəndini tərk edir.
Motoatıcı taborun taqım komandiri kimi döyüşlərə qatılan şəhid zabitmiz həm də sərrast atəşi ilə seçilən snayper olub. Onun zərbələri düşmənin onlarla canlı qüvvəsini məhv edib. Yanına düşən artilleriya mərmisi isə Qisməti şəhadətə ucaldıb.
Cəmi iki ay idi ailə qurmuşdu. Yeni addım atdığı bu yolda onun da xəyalları arzuları vardı. İgid oğul atası olmaq istəyirdi. Amma vətənə olan sevgisi və bağlılığı onun bir çox arzuları kimi bunları da üstələdi. Vətən sevgisi, vətənin azadlığı, bötüvlüyü onun bu yolda ön sırada addımlamasına apardı.
Mövzu ilə bağli daha ətrafli videomateriali təqdim edirik: