Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Təyinatından 19 gün sonra qovuldu

Təyinatından 19 gün sonra qovuldu

Tarix: 22 Dekabr 2020 11:02

Türkiyənin "Ərzurumspor" klubu baş məşqçisi Hüseyin Çimşiri istefaya göndərib.

Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
 
19 gün əvvəl Superliqa təmsilçisinə baş məşqçi təyin edilən çalışdırıcı komandanı cəmi dörd oyuna çıxarıb. Ərzurum klubu bu oyunların hamısında məğlub olub və üstəlik qol vura bilməyib.

Klub gənc mütəxəssislə 1+1 illik müqavilə bağlasa da, komandanın son olaraq "Beşiktaş"a 0:4 hesablı məğlubiyyəti onunla yolların ayrılmasına səbəb olub.

Qeyd edək ki, "Ərzurumspor" Superliqada bu mövsümü keçirdiyi 13 oyunda cəmi 9 xal toplayıb və 21 kollektiv arasında sonuncu pillədə qərarlaşıb.


Etiketlər:  Təyinatından gün sonra qovuldu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ