Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Oktay Kaynarcadan “məmləkətindən utanır” sözlərinə reaksiya

Oktay Kaynarcadan “məmləkətindən utanır” sözlərinə reaksiya

Tarix: 22 Dekabr 2020 19:06

"Kurtlar Vadisi" və "Eşkiya Dünyaya Hükümdar Olmaz" seriallları ilə məşhurlaşan Oktay Kaynarcanın ötən gün qatıldığı proqramlardan birində "mən türkiyəliyəm" deyə açıqlama verməsi sosial mediada müzakirələrə səbəb olub.

Milli.Az axşam.az-a istinadən xəbər  verir ki, aktyorun izləyicilərindən biri onun bu fikirlərinə qaraşılıq  "Malatyalı olduğunu inkar eden bir Malatyalı, yazıq məmləkətindən utanır "sözlərini yazaraq onu sərt şəkildə tənqid edib.

Bundan hiddətlənən Kaynarca sosial media hesabında haqqında deyilən fikrə münasibət bildirib.

"Adi halda haqqımda yazılan mənasız fikirlərə reaksiya verimirəm. Amma görürəm ki,  bir neçə şəxs həddini aşaraq mənim haqqımda lazım olmayan sözlər deyir. Mən məmələkətimi niyə inkar edim ay cahil? Hər zaman qürurla deyirəm ki, mənim ata yurdum Malatayadır. Lakin ən vacibi isə "mən türkiyəliyəm" deyirəm həmişə. Daha nə deməyimi istəyirsən? İndi başa düşdün hərşeyi?" - Oktay sərt reaksiya verib.

Milli.Az


Etiketlər:  Oktay Kaynarcadan məmləkətindən utanır sözlərinə reaksiya


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ