Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Dekabr 2020 03:20
Bakı. Trend:
"Yuventus" İtaliya futbol çempionatının 14-cü turu matçında öz meydançasında "Fiorentina"ya 0:3 hesabı ilə məğlub oldu.
Trend-in məlumatına görə, qolları Duşan Vlahoviç (3-cü dəqiqə), Martin Kaseres (81), "Yuventus"un müdafiəçisi Aleks Sandro (76, avtoqol).
18-ci dəqiqədə turinli yarımmüdafiəçi Juan Cuadrado kobud oyuna görə qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırılıb.
"Yuventus" 13 matçda 24 xalla turnir cədvəlində dördüncü, "Fiorentina" isə 14 oyunda 14 xalla 15-ci yerdə qərarlaşıb.
Növbəti turda “Yuventus” yanvarın 3-də “Udineze”ni qəbul edəcək, “Fiorentina” həmin gün evdə “Bolonya”ya qarşı oynayacaq.