Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Avropada yaşayan azərbaycanlı gənclər parlamentə müraciət etdilər

Avropada yaşayan azərbaycanlı gənclər parlamentə müraciət etdilər

Tarix: 24 Dekabr 2020 15:39

Avropada Gənc Azərbaycanlı Peşəkarlar Assosiasiyası (AYAPE) tərəfindən Avropa Parlamentinin Cənubi Qafqaz üzrə nümayəndə heyəti, Xarici Əlaqələr Komitəsi və Avronest Parlament Assambleyasının deputatlarının da daxil olduğu 250-dən çox deputata məktub ünvanlayıb.

Diasporla İş üzrə Dövlət Komitəsindən Milli.Az-a verilən məlumata görə, məktubda Avropa Parlamentində üç deputatdan ibarət Dağlıq Qarabağla dostluq parlament qrupunun yaradılması təşəbbüsünə etiraz edilib. Məsələnin bölgədə uzunmüddətli sülhün təmin olunması baxımından məyusedici hal olduğu qeyd edilməklə yanaşı, sözügedən təşəbbüsün beynəlxalq hüquq, eləcə də BMT və Avropa İttifaqının (Aİ) Ermənistan və Azərbaycan arasındakı münaqişəyə dair sərgilədikləri mövqe ilə birbaşa ziddiyyət təşkil etdiyi diqqətə çatdırılır. Bu təşəbbüsün Dağlıq Qarabağın erməni və azərbaycanlı icmaları arasında barışıq və dinc yanaşı yaşama perspektivlərinə, habelə Aİ-nin qonşuluğunda yerləşən bu vacib bölgənin iqtisadi inkişafına maneə olduğu göstərilib.

Məktubda Avropa Parlamenti və Avropa Xalq Partiyasının bölgədə düşmənçilik və qisasçılığa qarşı çıxaraq sülh və barışığa dəstək verəcəyinə ümid ifadə olunub.

Milli.Az


Etiketlər:  Avropada yaşayan azərbaycanlı gənclər parlamentə müraciət etdilər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ