Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Dekabr 2020 23:56
"Huawei" şirkəti "HarmonyOS" əməliyyat sisteminin idarəetməsi ilə işləyən "Smart Screen S" və "Smart Screen S Pro" seriyalı yeni televizorlar təqdim edib.
Sonxeber.net ictnews.az-a istinadən bildirir ki, nümayiş olunan qurğular "4K" (3840 × 2160 piksel) formatını dəstəkləyir. Həmçinin "DCI-P3" rəng məkanı 92 faiz əhatə olunub. "Super-Resolution" texnologiyası isə görüntünün keyfiyyətini artırmağa imkan verir.
"Smart Screen S" adlanan kiçik modelin diaqonal ölçüsü 55 düym təşkil edir. Televizor 60 və 120 giqahers yeniləmə tezliyi variantlarında təklif ediləcək. Bundan başqa, 120 giqaherslik ekrana malik 65 və 75 düym ölçülü modifikasiyalar işıq üzü görüb.
Bütün qurğular 3 giqabaytlıq operativ yaddaşla təchiz olunub. Standart variantlar 16, "Pro" seriyalılar isə 32 giqabaytlıq quraşdırılmış yaddaşa malikdir. Bundan əlavə, böyük versiyalı modellər 13 meqapikselli veb-kamera ilə təchiz edilib.
Həmçinin hər biri 10 vatt gücündə olan dörd dinamikdən ibarət keyfiyyətli audiosistem, eləcə də "Wi-Fi" və "Bluetooth" simsiz adapterləri mövcuddur.
Yaxın vaxtlarda satışa çıxarılması nəzərdə tutulan yeni televizorların qiyməti 500-1120 dollar arasında dəyişir.