Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Nigeriyada koronavirusun yeni ştammı aşkarlandı

Nigeriyada koronavirusun yeni ştammı aşkarlandı

Tarix: 25 Dekabr 2020 07:00

Bakı. Trend:

Nigeriyada koronavirusun yeni ştammı aşkar edilib. Bu onun mutasiyasının xüsusi bir formasıdır.

Trend-in məlumatına görə, bu barədə yerli televiziya kanalı "eNCA" Afrika Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin direktoru Con Nkengasonga istinadən bildirib.

Bildirilib ki, söhbət Böyük Britaniyada bu yaxınlarda tapılan varianta bənzəməyən xüsusi bir mutant virusundan gedir:

"Lakin Nigeriyada müəyyən edilmiş ştammın 18 dekabr tarixində Cənubi Afrikada təsbit edilmiş 501.V2 koronavirus variantı ilə bir qədər oxşarlığı ola bilər".

C.Nkengasonganın sözlərinə görə, buna baxmayaraq yeni koronavirus növünün xüsusiyyətləri barədə danışmaq hələ tezdir.

Mutant virus 3 avqust və 9 oktyabr tarixlərində Nigeriyanın Osun ştatında götürülmüş nümunələrdə aşkar edilib. İlkin məlumatlar göstərir ki, o 501.V2 virusu qədər aqressiv deyil.


Etiketlər:  Nigeriyada koronavirusun yeni ştammı aşkarlandı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ