Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Dekabr 2020 11:51
Prezident İlham Əliyev Şamaxı rayonunun Saqiyan kəndinin Günəşli kəndi adlandırılması haqqında qanunu təsdiqləyib.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, qanuna əsasən, Azərbaycan Respublikasının Şamaxı rayonunun Saqiyan kənd inzibati ərazi dairəsi tərkibindəki Saqiyan kəndi Günəşli kəndi adlandırılır və Saqiyan kənd inzibati ərazi dairəsi Günəşli kənd inzibati ərazi dairəsi hesab edilir.
Prezidentin imzaladığı digər fərmanla "Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın 7.3.25.7-ci yarımbəndində "Saqiyan" sözü "Günəşli" sözü ilə əvəz edilib.