Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Dekabr 2020 12:06
Ermənistanda müxalif Milli Təhlükəsizlik Partiyasının sədri Qarnik İsaqulyan həbs olunub.
Sonxeber.net unikal.org-a istinadən bildirir ki, uzun müddətdir Xüsusi İstintaq Komitəsi tərəfindən istintaqa cəlb olunmuş müxalifət lideri məhkəmə qarşısına çıxarılıb.
İstintaq nəticəsində publik çıxışlarında baş nazir Nikol Paşinyana sui-qəsd çağırışları etdiyi təsbit edilmiş partiya sədrinin əməllərində cinayət tərkibi aşkar olunduğu bildirilib. Məhkəmə Qarnik İsaqulyanın azadlıqdan məhrumetmə cəzası ilə cəzalandırılmasına qərar verib. Oxunan hökmdən narazı qalan partiya sədri mühakiməni siyasi motivli addım kimi qiymətləndirib.