Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Samsung” dünya televizorlar bazarında mütləq liderdir

“Samsung” dünya televizorlar bazarında mütləq liderdir

Tarix: 25 Dekabr 2020 14:36

“Samsung” şirkəti 10 ildən çoxdur dünyanın aparıcı televizor brendidir. “Omdia” tədqiqat şirkətinin qiymətləndirməsinə görə, bu il də vəziyyət dəyişməz olaraq qalacaq. Analitiklər əmindir ki, “Samsung” ardıcıl 15-ci dəfə dünyanın ən böyük televizor tədarükçüsü olacaq.
 
“ICTnews” Elektron Xəbər Xidməti “IXBT www.ixbt.com” resursuna istinadən yazır ki, qiymətləndirməyə görə, 2020-ci ilin yekunları üzrə “Samsung” televizorlarının tədarük həcmi illik hesablamada 11,2 faiz artacaq. Bu il ümumilikdə 49 milyon “Samsung” televizorunun satılacağı gözlənilir. Lakin buna baxmayaraq şirkət 52,94 milyon televizorun satıldığı 2014-cü ilin rekordunu yaxşılaşdıra bilməyəcək.
 
Analitiklər qeyd edir ki, pandemiya səbəbindən televizorlara tələbat artıb. Bu, insanların evdə daha çox vaxt keçirməsi ilə izah olunur.
 
Nizam Nuriyev



Etiketlər:  Samsung dünya televizorlar bazarında mütləq liderdir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ