Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Dekabr 2020 21:36
Çində sürəti saatda 350 kilometrə çatan yük qatarları xidmətə başlayıb.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, "CRRC Tangshan" şirkətinin istehsalı olan bu qatarlar dünyada sürəti saatda 350 kilometrə çatan ilk yük qatarlarıdır. Qatarın lokomotivi dizayn formasına görə nərə balığına bənzəyir. Bu cür konstruksiya hərəkət müqavimətini əhəmiyyətli dərəcədə azaldır.
Qatarlar 110 ton yüklə 1500 kilometr məsafəni 5 saata qət edə bilir. Onların yük məkanından faydalı istifadə əmsalı 85 faiz təşkil edir. Bu da daha çox yükün qısa zamanda ünvanlara çatdırılmasına imkan yaradır.
Qeyd edək ki, Çin dünyada ən böyük sürətli dəmir yolu şəbəkəsinə malik ölkədir. Ölkədəki 146 min kilometr uzunluğundakı ümumi dəmir yolu xətlərinin 38 mini sürətli qatarların hərəkəti üçündür.