Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Mərkəzi Bankdan ''qara bazar'' açıqlaması

Mərkəzi Bankdan ''qara bazar'' açıqlaması

Tarix: 26 Dekabr 2020 11:56

Bakı. Trend:

Müvafiq lisenziya olmadan valyuta mübadiləsi fəaliyyətinin həyata keçirilməsi qanunvericiliyin tələblərinə ziddir və bu fəaliyyətin qarşısının alınması səlahiyyətli orqanlar tərəfindən təmin edilir.

Trend-in məlumatına görə, bu barədə Mərkəzi Bankın açıqlamasında deyilir.

Açıqlamada qeyd edilir: "Ölkədə valyuta satışı üzrə “qara bazar”ın fəaliyyət göstərməsi ilə bağlı ictimaiyyətdə yayılan yalnış firkilərə cavab olaraq bildiririk ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı qanunvericiliklə nəzərdə tutulmuş qaydada valyuta mübadiləsi fəaliyyəti üzrə lisenziyaya malik olan banklar və valyuta mübadiləsi məntəqələri üzərində nəzarəti həyata keçirir".


Etiketlər:  Mərkəzi Bankdan qara bazar açıqlaması


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ