Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Əməkdar artist Almaz Mustafayeva vəfat etdi

Əməkdar artist Almaz Mustafayeva vəfat etdi

Tarix: 26 Dekabr 2020 15:42

Əməkdar artist Almaz Mustafayeva dünyasını dəyişib.

Sonxeber.net xəbər verir ki, bu barədə Gənc Tamaşaçılar Teatrının mətbuat xidməti məlumat verib.

Aktrisa Almaz Mustafayeva 1 oktyabr 1949-cu ildə Ağdam şəhərində doğulub. "Azərbaycanfilm" kinostudiyasının nəzdində 3 illik kinoaktyorluq kursunu bitirib. 1968-ci ildə kinostudiyada rejissor köməkçisi işləyib. 1970-ci il iyunun 1-dən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktrisası olub.

Qeyd edək ki, aktirisa "Sehirli xalat", "Yeddi oğul istərəm", "Aktirsanın təbəssümü", "Şir evdən getdi", "Cavanşir" və başqa filmlərdə çəkilib.

Allah rəhmət eləsin! 


Etiketlər:  Əməkdar artist Almaz Mustafayeva vəfat etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ