Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Maskalar virusları bir filtr kimi toplayır...

Maskalar virusları bir filtr kimi toplayır...

Tarix: 26 Dekabr 2020 19:18

Koronavirusun yayılması, virusun təsiri, ətraf mühitdə yaşama müddəti və virus yükü, eləcə də maskaların nə dərəcədə qoruyucu olması barədə demək olar ki, hər gün məlumatlar, yeni məqamlar açıqlanır. Mütəxəssislər əhalini maarifləndirmək üçün vaxtaşırı bu barədə fikirlərini bölüşürlər.

Sonxeber.net e-tibb.az-a istinadən  ümumi cərrah, sağlam qidalanma üzrə mütəxəssis, klinik psixoloq Vəfa Paşazadənin koronavirusun xüsusuiyyətləri, virusun gücü, təhlükəliliyi, yoluxma yolları barədə açıqladığı fikirləri təqdim edir:  

1. Koronavirus normal bir insanda xəstəlik yaratması üçün çox qısa müddətdə müəyyən bir miqdarda bədənə nüfuz etməlidir. Bu, "virus dozası ilə xəstəlik arasındakı əlaqə"dir.

2. İstifadə etdiyimiz üz maskaları havadakı virusu və tərkibində virus olan hissəcikləri (damcılar və s.) "süzür". Başqa sözlə, virus maska ​​səthində və maskanın daxili təbəqələrində yığılır. Bu filtrasiya qabiliyyəti maskadan maskaya, ətrafdakı rütubət və temperatur dəyişikliyinə, maskanı taxan insanın nəfəs alma gücünə və tezliyinə görə dəyişir. Bununla birlikdə, maskaların səthlərinin virusları bir filtr kimi az və ya çox toplaması bir həqiqətdir.

3. Covid-19 tipli viruslar xəstəlik yaratma qabiliyyətini itirmədən yapışdıqları səthlərdə uzun müddət qala bilər. Bu müddət maska ​​istehsalında istifadə olunan sintetik, kimyəvi və ya təbii liflər üçün səkkiz saatdan başlayır və üç günə qədər davam edə bilər. Maskanın istiliyi və rütubəti bu müddətə təsir göstərir.

4. Covid-19, xəstəliyə səbəb olan virus təsirini itirmədən insan dərisində ən azı doqquz saat yaşaya bilər.

5. Covid-19 tipli viruslar bədənimizə üç əsas yolla nüfuz edir. Gözlər, burun və ağız. Gözlər və burun dəlikləri və kanallar təbii baryerlər və ifrazat səbəbindən bu tip viruslar üçün nisbətən daha davamlı giriş qapısıdır.

Maska taxdığınız zaman virus maskanızın səthində və taxdığınız vaxta paralel olaraq yığılmağa başlayır. Kobud bir nümunə verim: Güman edək ki, mühitdə sizi xəstələndirməyən, az miqdarda virus hissəcikləri var. Gündəlik həyatımızın keçdiyi bir çox yer bu şərtləri ehtiva edir. Evimizdə, ticarət mərkəzlərində, toplu nəqliyyat vasitələrində və iş yerimizin atmosferində bu virus və hissəcikləri az miqdarda olur. Ancaq xüsusilə xəstəxana mühiti və ya aktiv xəstəliyi olan bir şəxsin ətrafı virus yükü baxımından sıxdır, daha təhlükəlidir...


Etiketlər:  Maskalar virusları filtr kimi toplayır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ