Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Dekabr 2020 20:18
Qəhvə və siqaret birlikdə qəbul edildikdə nikotin və kofein birgə daha çox asılılıq yaradır.
Sonxeber.net e-tibb.az-a istinadən bildirir ki, bunu həkim-nefroloq Barat Yusubov açıqlayıb.
Onun sözlərinə görə nikotin və kofein birləşdiyi halda asılılıq yaranma ehtimalı daha çoxalır. Həkim qeyd edib ki qəhvə və siqaretin birlikdə istifadəsinin səbəbi daha çox sosial vərdişdir. Nikotin ilə kofein eyni anda qəbul edildikdə, beyində bir-birinə təsir edən bir asılılıq zənciri meydana gəlir. Buna görə də siqareti tərgidən insanlar həddindən çox kofein istifadə etməməyə çalışmalıdırlar: "Artıq Azərbaycanda da qəhvə, çay qədər çox içilməyə başlanıb. Amma qəbul etdiyimiz kofeinin gündəlik norması 700 milliqramdan çox olmamalıdır. Əks halda bu asılılıq yarada bilər. 700 milliqram kofein təxmini 2-3 fincan qəhvəyə və 7-8 stəkan çaya bərabərdir. Kofein və nikotindən asılı olan insanların bəhanələri "qəhvə içməsəm oyana bilmirəm" ifadəsi ilə başlayır və gün ərzində hər boş vaxtda kofein qəbul olunur. Ehtiyac olan kofein qarşılanmadığında isə baş ağrısı, yorğunluq, yuxusuzluq, yuxulu hal, müvazinət pozğunluğu, iş görməmə üçün bəhanə axtarmalar və s. kimi hallar özünü göstərir. Bundan başqa depressiya, mədə xorası və ürək döyüntü kimi ciddi sağlamlıq problemləri yarana bilər".
Nefroloq vurğulayıb ki, qəhvə və siqaret bir yerdə həm də böyrəyin düşmənidir.