Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Dekabr 2020 15:10
Dünyaca məşhur "Yoozoo" (Game Nation) oyun şirkətinin rəhbəri Lin Çi zəhərlənərək öldürülüb.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, o, Şanxay şəhərində işdən evə qayıdarkən səhhəti pisləşib və xəstəxanaya aparılıb.
Xəstəxananın məlumatına əsasən, Lin Çi zəhərlənib. Polis faktla bağlı araşdırma aparıb. Məlum olub ki, 39 yaşlı rəhbəri Şü soyadlı şəxs zəhərləyib. Ittiham olunan şəxs oyun şirkətinin əməkdaşı olub. İddia olunur ki, Lin Çİ sözügedən işçisini firmadan uzaqlaşdırmaq üçün maaşını azaldıb, aralarında mübahisə yaranıb.
Qeyd edək ki, Lin Qi Çinin ən zəngin insanlarının siyahısını yayımlayan "Hurun China Rich List"ə görə, 1 milyard dollardan çox şəxsi sərvətə sahib olub.