Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ceyhun Bayramovun sədrliyi ilə GUAM-ın Xarici İşlər Nazirləri Şurasının növbəti iclası keçirilib

Ceyhun Bayramovun sədrliyi ilə GUAM-ın Xarici İşlər Nazirləri Şurasının növbəti iclası keçirilib

Tarix: 28 Dekabr 2020 17:48

28 dekabr 2020-ci il tarixində Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilat - GUAM-ın Xarici İşlər Nazirləri Şurasının növbəti 36-cı iclası keçirilib. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun sədrliyi ilə keçən iclasda Gürcüstan xarici işlər naziri David Zalkaliani, Moldova xarici işlər və Avropaya inteqrasiya naziri Aureliu Çokoy və Ukrayna xarici işlər nazirinin müavini Vasil Bodnar iştirak etmişlər.

Xarici İşlər Nazirliyindən Sonxeber.net-a bildirilib ki, iclasda 2020-ci il ərzində GUAM çərçivəsində əməkdaşlığın qiymətləndirilməsi, gələcək illər üçün təklif və tövsiyələr müzakirə olunub.

İclas zamanı, həmçinin təşkilatın Baş katibi, eləcə də üzv ölkələr Azərbaycanın uzun illərdir ki, işğal altında olan ərazilərinin azad edilməsi məsələsinə toxunaraq, bu xüsusda beynəlxalq hüququn norma və prinsiplərinin, xüsusilə də dövlətlərin suverenliyi və ərazi bütövlüyünə hörmətin təmin edilməsinin vacibliyini vurğuladılar.

İclasın yekununda hazırki iclasın Protokolu və 4 qərar (sahəvi işçi qruplarına əlaqələndirici ölkələrin təsdiqi; kommunikasiya strategiyası və bəyanat və bəyannamələrin hazırlanma qaydaları; 2021-ci il üçün büdcənin təsdiqi; sədrliyin Gürcüstana təhvil verilməsi) qəbul olunub. İclasın sonunda növbəti il üzrə təşkilata sədrlik Gürcüstana təhvil verilib.

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun çıxışı ilə növbəti keçiddə tanış ola bilərsiniz: https://mfa.gov.az/az/news/7108/view.


Etiketlər:  Ceyhun Bayramovun sədrliyi ilə GUAM Xarici İşlər Nazirləri Şurasının növbəti iclası keçirilib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ