Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Dekabr 2020 10:52
Bakı. Ləman Zeynalova - Trend:
"SOCAR Turkey"in törəmə şirkəti "Bursagaz" Bursa vilayətinin Orhaneli, Büyükorhan və Harmancık rayolarına qaz tədarükünə başlayıb.
Trend-in məlumatına görə, "Bursagaz" həmin rayonlarda ümumi dəyəri 150 milyon lirə təşkil edən 200 kilometrdən çox boru kəməri çəkib.
Bundan başqa, 3 rayon ərazisində 110 kilometr uzunluğunda yüksək təzyiqli birləşdirmə xətləri çəkilib
Qeyd edək ki, "SOCAR Turkey" "Bursagaz"ın satın alınmasını 2019-cu ilin iyununda başa çatdırıb.