Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Dekabr 2020 20:50
Bakıda 25 günlük qız uşağının anadangəlmə, bətndaxili əmələ gəlmiş yumurtalıq kistası əməliyyat olunub.
Sonxeber.net xəbər verir ki, körpənin USM müayinəsində qarın boşluğunda nəhəng şiş aşkarlanıb. Əvvəlcə bunun nə olduğu bilinməyib.
Valideynlər uşaq cərrahına müraciət edirlər.
Aparılan müayinələr göstərib ki, körpənin sol yumurtalığında 10 sm ölçüdə nəhəng kist var.
Gözləmək riskli idi, o hər an partlaya və ya burula bilərdi.
Cərrah və komandası 3 kiloqramlı1 25 günlük körpə üzərində təcili əməliyyat aparır və yumurtalıq qorunmaqla kist çıxarılır. Kistn içindən 150 ml maye boşaldılıb.
Əməliyyat uğurla keçib, körpə hazırda normal və sağlamdır. /medicina.az