Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Əfqanıstanda hökumət avtomobili partlayıb, ölən və yaralananlar var

Əfqanıstanda hökumət avtomobili partlayıb, ölən və yaralananlar var

Tarix: 31 Dekabr 2020 10:56

Bakı. Trend:

Əfqanıstanın paytaxtı Kabulun rayonlarından birində baş verən partlayış nəticəsində ən az bir nəfər ölüb, iki nəfər yaralanıb.

Trend-in məlumatına görə, bu barədə "Ariana News" telekanalı polisə istinadən bildirib.

Məlumata əsasən, hadisə səhər saat 8 radələrində baş verib, ölkə hökumətinə məxsus avtomobil partlayıb.

Yaralılar xəstəxanaya yerləşdirilib.


Etiketlər:  Əfqanıstanda hökumət avtomobili partlayıb ölən yaralananlar


RƏYLƏR