Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Afrikada COVID-19-un mutasiya olunmuş forması sürətlə yayılır

Afrikada COVID-19-un mutasiya olunmuş forması sürətlə yayılır

Tarix: 1 Yanvar 2021 07:46

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Afrika qitəsində COVID-19-un mutasiya olunmuş yeni formasının sürətlə yayıldığı barədə xəbərdarlıq edib. Təşkilat SARS-CoV-2 yeni virusunun qarşısını almaq üçün hökumətləri təcili tədbirlər görməyə çağırıb. ÜST-ün Afrika üzrə regional direktoru Matşidiso Moeti bildirib ki, mutasiya olunmuş virus daha sürətlə yayılır və onun əlamətləri laboratoriya şəraitində öyrənilərək adekvat addımlar atılmalıdır. Bu məqsədlə qitə ölkələrində 12 laboratoriya fəaliyyətə başlayıb. ÜST-ün təmsilçisi əlavə edib ki, COVID-19-a qarşı preventiv tədbirlər virusun mutasiya olunmuş variantına qarşı da təsirlidir.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, mutasiya olunmuş virusun ən çox yayıldığı Cənubi Afrika Respublikasında son sutka ərzində rekord sayda - 17 710 insan COVID-19-a yoluxub, 465 pasiyent vəfat edib. Şimali Afrikanın ən böyük ölkəsi olan Misirdə isə yeni növ koronavirusa yoluxanların sayı 1411 nəfərə çatıb, 59 pasiyent isə dünyasını dəyişib.

Son rəsmi məlumata görə, indiyədək Afrika qitəsində COVID-19-a 2 milyon 744 nəfər yoluxub, 65 minə yaxın insan isə vəfat edib.


Etiketlər:  Afrikada COVID mutasiya olunmuş forması sürətlə yayılır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ