Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Yanvar 2021 15:40
"Qalatasaray"ın futbolçusu Omar Elabdellaui Yeni il axşamı xəstəxanalıq olub.
Sonxeber.net Qol.az-a istinadən xəbər verir ki, bayramı qeyd edərkən 29 yaşlı müdafiəçinin əlində fişəng partlayıb. Ciddi xəsarət alan norveçli futbolçu xəstəxanaya aparılıb.
Omarın həyati təhlükəsi olmadığı, ancaq hər iki gözündən zədə aldığı bildirilib. Hətta onun görmə qabiliyyətini itirəcəyi təhlükəsiylə üz-üzə qaldığı qeyd olunub.