Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Koronavirusun günlərə görə tipik gedişatı - Hansı gün təhlükəlidir?

Koronavirusun günlərə görə tipik gedişatı - Hansı gün təhlükəlidir?

Tarix: 1 Yanvar 2021 17:09

Koronavirus hər xəstədə müxtəlif əlamətlərlə başlasa da, günlərə görə gedişatı təxmini eyni olur.

Covid zamanı ağırlaşmanın pik həddi 7-10-cu sutkaya təsadüf edir.

Sonxeber.net xəbər verir ki, bu barədə Kominarka xəstəxanasının baş həkimi Denis Proçenko "Təhlükəli virusun bir ili" filmində danışıb.

"Xəstəliklərə nəzarət mərləzinin məlumatlarına görə, virusa yoluxduqdan sonra inkubasion dövr 4-6 gün çəkir. Bu günlərdə infeksiyaya tutulmuş xəstə bunu hiss etmir. Amma bu dövrdə o aktiv virus daşıyıcısı və yoluxdurucu olur. Hesablamar göstərir ki, məhz simptomsuz fazada virusun digərlərinə ötürülməsi çox olur.

Daha sonra ilk əlamətlər üzə çıxandan sonra virusun gedişatı dəyişir.

Yüngül xəstələrin 80%-i evdə sadə müalicə ilə sağalır. 15% xəstədə ağırlaşma ola bilər və bu zaman oksigen terapiya lazımdır. 5% xəstədə isə çox ağır forma baş verir, burda da yaş və yanaşı xəstəliklər rol oynayır. Bu xəstələr ilk gündən intensiv terapiya şöbəsinə yerləşdirilməlidirlər.

Xəstəliyin ilk bir həftəsində titrəmə, qızdırma, quru öskürək, ürəkbulanma, diareya, boğazda ağrı, əzələ,sümük ağrısı, zəiflik olur.

Orta ağır xəstələrdə ağciyər pnevmoniyası və təngnəfəslik xəstəliyin 5-ci günündən başlayır.

Bu ilk əlamətlər başlanan gündən hesablanır.

Əgər xəstəlik daha da irəliləsə, 10-11 ci gün ciddi boğulmalarla xəstə klinkaya aparılır. Yaxşı olar ki, bu həddə çatdırılmasın. Ağır xəstələr elə 5-7-ci gün hospitəlizə olunub, oksigenə qoşulmalıdır.

Yuhandakı araşdırmalar da göstərib ki, ağır xəstələr ən çox 11-12 -ci gün reanimasiyaya daxil olub.

İlk simptomlar görünəndən 17-23 gün ərzində xəstələr ya sağalıb, ya da vəfat ediblər.

Söhbət ağır xəstələrdən gedir.

Evdə olan yüngül və asimptomatik xəstələr isə ilk əlamətlər görüləndən 14-17 gün ərzində sağalır.

Aşağıdakı inforqafiyada tipik gedşat əks olunub. /medicina.az


Etiketlər:  Koronavirusun günlərə görə tipik gedişatı Hansı gün təhlükəlidir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ