Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Yanvar 2021 21:24
Layihə Yaponiya Beynəlxalq Əməkdaşlıq Bankının 577 milyon dollar məbləğində krediti və Özbəkistan tərəfinin vəsaiti hesabına 985,7 milyon dollar dəyərində maliyyələşdirilib.
Yapon Mitsubishi Heavy Industries Ltd konsorsiumu və Mitsubishi Corporation Özbəkistanın Navoiazot ASC-nin bazasında 985,7 milyon dollar dəyərində kimya kompleksi qurublar.
Zavodun inşasına dair müqavilə 2015-ci ilin iyul ayında imzalanıb.
Müqavilə şərtlərinə görə, konsorsium dünyanın aparıcı lisenziyalaşdırıcılarından ─ Danimarka Haldor Topsoe (ammonyak), həmçinin İtaliyanın Saipem və Hollandiyalı Uhde Gübrə Texnologiyaları (karbamid) ildə 660 min ton ammonyak və 577,5 min ton karbamid istehsalı üçün zavid sahəsi inşa edəcək. Layihə Yaponiya Beynəlxalq Əməkdaşlıq Bankının (JBIC) 577 milyon dollarlıq krediti və həmçinin Özbəkistan tərəfinin vəsaiti hesabına 985,7 milyon dollar dəyərində maliyyələşdirilib.