Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Yanvar 2021 13:27
"Çoxlu spirtli içki qəbulundan sonra istirahət, yüngül qida və bol maye tövsiyə olunur".
Sonxeber.net Pravda.az-a istinadən bildirir ki, bunu Moskva Səhiyyə Nazirliyinin baş müstəqil narkoloqu Yevqeniy Bryun "Moskva" agentliyinə açıqlamasında bildirib.
Onun sözlərinə görə, bütün bunlar sərxoşluğun təsirlərini və şişkinliyi aradan qaldırmalıdır:
"Spirt bədəni qurutduğu üçün bol maye qəbul etmək lazımdır. Bir qayda olaraq, meyvə suları, kefir, bulyon, omlet - yəni zülallı məhsullardan istifadə edə bilərsiniz. Onlar alkoqolu qəbul edən zaman əmələ gələn bəzi toksinləri götürürlər. Baş ağrısını, bədəndəki ağırlığı və yorğunluğu götürmək üçün isə az duzlu ayran içə bilərsiniz".