Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Yanvar 2021 15:42
"Liverpul"un baş məşqçisi Yurgen Klopp Premyer Liqada koronaviruslu xəstələrin sayının artması ilə əlaqədar açıqlama verib.
Sonxeber.net goal.az-a istinadən xəbər verir ki, alman mütəxəssis artışa baxmayaraq, oynamağa davam etməli olduqlarını deyib.
Təcrübəli məşqçi açıqlamasında "Mən həkim deyiləm, amma liqanın davam etməsi üçün əlimizdən gələni etməliyik. İkinci dalğanın qış aylarında gələcəyini bilirdik. Milad da bunun üstünə gəldi və saylar artdı. Düşünürəm ki, davam edə bilərik, amma mütəxəssislərin önümüzdəki həftələrdə verəcəkləri hər qərara hörmətlə yanaşıram",- deyə bildirib.
Qeyd edək ki, daha əvvəl gələn koronavirus xəbərlərindən sonra Premyer Liqada 3 matçın təxirə salınmasına qərar verilmişdi.