Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Yanvar 2021 23:39
Mütəxəssislər indiki halda insanları cənginə alan pandemiya panikasının həddini I və II dünya müharibəsi dövründəki stress dərəcəsi ilə eyniləşdirir.
Buna səbəb neqativ xəbərlər, hər an ümidsizlik yaradan informasiya bolluğu, insanların bəd məlumatları bir-birinə tez ötürməsi üçün əlində hər cür texniki imkanın olmasıdır.
Sonxeber.net xəbər verir ki, stress, təşviş indiki məqamda hədindən artıq təhlükəlidir. Çünki təşviş və stress immuniteti bir az da çökdürərək, insanı virus qarşısında tamam müdafiəsiz qoyur.
Səhər gözünü açandan gecə yatana kimi koronavirus barədə danışmaq, düşünmək, özünün və ailəsinin sabahkı durumu üçün hədsiz narahatlıq keçirmək, karantin rejimini dünyanın sonu hesab edib, dözməyəcəyini elan edənlər, əslində, koronavirus üçün aciz və əlçatan qurbana çevrilirlər.
Nevroloqların fikrincə, panika və qorxu koronavirusdan öncə insanda artıq əvvəldən olan xəstəlikləri də aktivləşdirir.
Bura ürək -damar, xroniki xəstəliklər, şəkər, nevroz, depressiya, panikatak, müxtəlif allergik reaksiyalar, damar spazmları, baş ağrıları və s aiddir.
Əsasında qorxu dayanan xəstəliklər - təşviş-həyəcan pozuntusu, bəzi nevroloji xəstəliklər, davranış pozuntularıdır.
Psixoloqlar indi heç vaxt olmadığınız qədər emosional stabilliyi qoruyub, hər gün pozitiv, müsbət, xoş informasiya ilə "qidalanmağı" məsləhət görür.
Neqativ xəbərləri az oxuyun, günün müəyyən saatında koromavirusa vaxt ayırın, qalan saatlarda tamam başqa mövzularda informasiya axtarışında olun.
Əgər pandemiya dövründə 1 həftə ərzində davamlı olaraq güclü stress, panika, həyəcan, əhvalın düşməsi, yuxu pozulması, çarəsizlik hiss edirsizsə, koronavirus sizi yaxalamadan nevroloq və psixiatra müraciət edin.
Qeyd edək ki, 3 gün stress, gərginlik, qorxu və bundan qaynaqlanan əsəb partlaması insanın immun sistemini 21 gün "söndürür".
Ona görə də immuniteti sönmüş insanlar daha asanlıqla viruslara yoluxur. /medicina.az