Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Yanvar 2021 08:09
Həkimlər bildirirlər ki, xüsusilə hamiləliyin 24-cü həftəsində qadınlar diqqətli olmalıdır. Çox yemək, su içmək və idrara çıxma kimi xüsusiyyətlər hamiləlik dietinin göstəricisi ola bilər.
Sonxeber.net mövzu ilə bağlı araşdırmanı təqdim edir:
Hər bir hamilə bu müddət ərzində bir sıra çətinliklərlə qarşılaşa bilər. Hamiləlikdə yaranan, adətən doğumdan sonra itən qan şəkəri olaraq bilinən diabet haqqında həkimlər qadınlara diqqətli olmağı məsləhət görür.
Hamilələr şəkər yükləməsi etdirməlidir
Şəkər yükləməsi testini hamıya məsləhət görən həkimlər bunun bütün dünyada bilinən, tətbiq edilən, uşağa heç bir ziyanı olmayan bir üsul olduğunu deyirlər. 50 qram şəkər yükləməsinin 2 ədəd paxlava yeməkdən heç bir fərqi yoxdur. Onsuz da qlükozaya hamiləlikdə də ehtiyac var.
Yaş və alınan çəki önəmlidir
Hamiləlikdə orta hesabla 13 kilo alınmalıdır. Bundan başqa həkimlər yaş artdıqca polikistoz deyilən xəstəliklərin artma riskini də vurğulayırlar.
Doğuşdan sonra problem olmur
Diabetli bir anadan olan uşağın da diabetli olacağı fikirləri yalnışdır. Sadəcə genetikada varsa, bəlkə irəliləyən yaşlarda ortaya çıxa bilər. Hamiləlik diabetinə 10 faiz qadınlarda rast gəlinir.
Xoşbəxt olub, düzgün qidalanmaq önəmlidir
Hər bir hamilə bu ayları xoşbəxt, özünü daha yaxşı hiss edərək keçirməlidir. Burada anaların sağlam qidalanması da önəmlidir. Bəzən haddən artıq yemək yeyilir, buna nəzarət etmək lazımdır. Xüsusilə də yaz aylarında qarpız, dondurma kimi qidalar yeyərkən nəzarət edilməlidir. Su çox içmək, proteinli və yaşıl yarpaqlılarla qidalanmaq önəmlidir. /medicina.az