Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Yanvar 2021 18:57
"Qəhrəmanlar can verir, yurdu yaşatmaq üçün". Qazi atanın şəhid oğlu, mayor Rzayev İlkin Cəfər oğlu haqda danışacağıq bu gün sizə. O İlkin ki, ən böyük arzusu torpaqlarımızın azadlığını görmək olub. Elə bu uğurda da qəhrəmancasına şəhadətə yüksəlib. Əməkdaşlarımız İlkinin ailəsində çəkiliş aparıblar.
Atası ötən əsrin 90-cı illərində Fizulidə döyüşüb. "O, məni üç körpə uşaqla evdə qoyub getdi ki, bu qisas balalarına qalmasın. "Amma şəhidlik oğula qismət olur. Aprel döyüşlərinin fəal iştirakçısı, "Murov aslanı" mayor İlkin Rzayevə.
"Mən onu heç doyunca görmədim, onunla ən xoşbəxt vaxtımız Bakı-Gəncə arasındakı beş saatlıq yolda keçən vaxtıydı, onda biz nəsə danışa, ailəmizdən bəhs edə bilirdik. Onun mənə ayıracaq vaxtı yoxuydu..." 26 yaşlı bir gəlinin həyatının xülasəsidi bu kəlmələr. Zabitlə ailə quran, sevdiyinin ölümünü yuxusunda görən şəhid xanımının.
Bu onun son gedişi olur. Gəncə terroru zamanı bu şəhərdə olan Zeynəb və iki övladı terrordan təsirlənir, oğlu Əlinin dili tutulur. İndi də dili açılmayan Əli yuxusunda tez-tez atasını görür.
İlkini döyüş yoldaşları "Murov aslanı" çağırırlarmış. Ayrı-ayrı istiqamətlərdə qızğın döyüşlər getdiyi bir müddətdə mayor Rzayev özündən bir neçə kilometr aralıda döyüşən silahdaşlarını mühasirədən çıxarır. Onun "mən bu postu ya özümüzdə saxlayacam, ya da elə burdaca qanımı tökəcəm. Amma sizin birinizi düşmən gülləsinə qurban verməyəcəyəm" sözü hələ də öz əsgərlərinin dilindən düşmür. Düşmən onu snayperlə vurur.
Mayor İlkin Rzayev ikinci Fəxri Xiyabanda dəfn olunub.
Sonxeber.net xezerxeber.az-a istinadla mövzu ilə bağli videomateriali təqdim edir: