Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakı-Sumqayıt yolunda dəhşət: yaralı var - FOTO

Bakı-Sumqayıt yolunda dəhşət: yaralı var - FOTO

Tarix: 4 Yanvar 2021 23:12

Bakı-Sumqayıt şossesinin Binəqədi rayonu ərazisinə düşən hissəsində yol-nəqliyyatı hadisəsi zamanı bir nəfər avtomobil altında qalıb.

Sonxeber.net APA-ya istinadən xəbər verir ki, hadisə Binəqədi rayonu ərazisində qeydə alınıb. Belə ki, çoban iti zəncirlərini qırıb sahibinin evindən qaçaraq şosseyə çıxıb. Bu zaman onu Hidayət Məmmədovun idarə etdiyi "Mercedes" markalı nəqliyyat vasitəsi vuraraq bir neçə metr irəliyə doğru sürüyüb. Qəza nəticəsində avtomobil yararsız hala düşüb. 

Bu vaxt həmin istiqamətdə olan motosiklet sürücüsü qəzaya uğramış avtomobili görüb qəfil manevr edib. Manevr zamanı eyni istiqamətdə olan "Opel" markalı avtomobil motosikletə çırpılıb. Daha sonra motosikletin sürücüsü "Opel"in altında qalıb. Hadisə şahidlərinin köməkliyi ilə yaralı xəstəxanaya çatdırılıb. Onun vəziyyəti ağır kimi qiymətləndirilir. 

Hadisənin təfərrüatları Baş Dövlət Yol Polis İdarəsinin əməkdaşları tərəfindən araşdırılır.


Etiketlər:  Bakı Sumqayıt yolunda dəhşət yaralı FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ