Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Yanvar 2021 18:32
Yaponiya hökumətinin baş katibi Kato Katsunobu İranın uranı zənginləşdirməsinə münasibət bildirib.
Sonxeber.net unikal.org-a istinadən bildirir ki, hökumət rəsmisi İranın bu addımının narahatlıq yaratdığını söyləyib.
"İranın uranı zənginləşdirməsi narahatlıq doğurur. Bu addım nüvə razılaşmasına ziddir. İran tərəfini anlaşmalara riayət etməyə və sarsıdıcı addımlar atmaqdan çəkinməyə çağırırıq", - Katsunobu bəyan edib.
Yaponiya hökumətinin baş katibi, həmçinin qeyd edib ki, İran hakimiyyəti ilə diplomatik kanallar vasitəsilə dialoqu davam etdirəcəklər.