Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Yanvar 2021 20:56
İnsan sivilizasiyası kainatın müşahidə edilməsi prosesinin hələ ilkin mərhələsindədir. Yüksək dəqiqlik sərgiləyən təchizatın köməkliyi ilə tədqiqatçılar ən uzaq məsafədə yerləşən qalaktikanı aşkar ediblər. Aşkar edilmiş GN-z11 adlı qalaktika Yer kürəsindən 13.4 milyard işıq ili uzaqlığında yerləşir və o, kainatın təqribən 400 milyon yaşı olandan sonra yaranıb. Bu barədə 4pda saytı xəbər verib. Məlumdur ki, işıq sürəti sabit kəmiyyətdir. Bunun nəticəsində kosmik obyektə olan məsafəni öyrənməklə onun yaşını təyin etmək mümkündür.
GN-z11 qalaktikası təqribi olaraq 13.4 milyard il bundan öncə yaranıb. Yəni, Böyük partlayışdan təqribən 420 milyon il sonra. Bu cür fakt isə sözügedən qalaktikanı aşkar edilmiş bütün qalaktikalar arasında ən qədim qalaktika adına layiq görür. Bu o demək deyil ki, alimlər mövcud olan qalaktikalardan ən qədimini aşkar ediblər. Belə ki, alimlərin sözlərinə əsasən kainatın ümumi ölçüsü müxtəlif istiqamətlər üzrə 32 milyard il təşkil edir. Buna başqa cür kosmoloji qırmızı yerdəyişmə də deyilir və bu, bütün kosmik obyektlər üçün keçərlidir.