Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Yanvar 2021 23:52
Xiaomi şirkətinin Poco brendi Yeni il ərəfəsində sosial şəbəkələrdə video təqdim etmişdi. Həmin videoda isə Poco F2 smartfonuna işarə edilib. Bu barədə Gagadget saytı xəbər verib. Poco brendinin təqdim etmiş olduğu videoda onun 2020-ci il ərzində əldə etdiyi nailiyyətlər əks olunub. 1 milyon ədəd satılmış smartfon, Hindistanın smartfon bazarında 4-cü online brend və s. Lakin videonun ən maraqlı hissəsi bundan ibarət deyil. Belə ki, videonun qısa hissəsində F2 yazısı əks olunub. Görünür, bu, Poco F1-in (Pocophone F1) davamçısının təqdim olunacağına işarədir.
Qeyd etmək lazımdır ki, Poco brendinin ilk smartfon modeli olan Poco F1 vaxtı ikən flaqman prosessor və aşağı qiymət göstəricisi sayəsində alıcılar arasında böyük rəğbət qazanmışdı. Ondan sonra Poco brendi bir çox smartfon modellərini satışa çıxartsa da, onların hamısı Xiaomi və Redmi smartfonlarının kopyaları idilər. Lakin görünür, Poco F2-dən birinci smartfon səviyyəsini gözləmək lazım deyil. Belə ki, bir sıra məlumatlara əsasən Poco F2 modeli 120 Hz-lik təsvir yenilənməsinə sahib AMOLED ekran, Snapdragon 732G prosessoru, 4250 mAh enerji tutumlu batareya və qlobal bazarda NFC modul ilə təchiz olunacaq. Bütün bunlar hələki sadəcə olaraq ortalıqda gəzən məlumatlardır. Poco brendinin özündən olacaq rəsmi məlumatı gözləməkdə fayda var.