Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Yaralı əsgər: Xüsusi təyinatlılar sırasında döyüşən qardaşımla Şuşada görüşməyi arzu edirdim - FOTO

Yaralı əsgər: Xüsusi təyinatlılar sırasında döyüşən qardaşımla Şuşada görüşməyi arzu edirdim - FOTO

Tarix: 6 Yanvar 2021 05:34

Noyabrın 7-də Daşaltı kəndinin azad edilməsi uğrunda keçirilən hərbi əməliyyat zamanı yaxınlığımda mərmi partladı və ağır yaralandım. Mərminin qəlpələrindən biri hələ də ayağımda qalır. Əməliyyat ağır olduğu üçün həkimlər onun çıxarılmasının sonraya saxlanılmasını məsləhət gördülər. İndi evimizdə erməniləri torpaqlarımızdan qovduğumuz günləri, keçirdiyimiz ağır döyüşləri xatırlayıram. Fəxr edirəm ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın azad edildiyi, düşmənin qovulduğu sevincli, həm də odlu-alovlu günləri yaşayanlardan biriyəm.

Milli.Az bildirir ki, bu sözləri AZƏRTAC-a Vətən müharibəsində ağır yaralanan Ağsu şəhər sakini Ələkbər Məmmədov söyləyib.

O deyib: "Heyf ki, Şuşanın azad edilməsinə bir gün qalmış yaralandım. Bütün əsgər yoldaşlarımla Şuşa döyüşlərinə can atırdıq. Bir də ki, xüsusi təyinatlıların sırasında döyüşən qardaşım İslamla Şuşada görüşməyi arzu edirdim".

Qeyd edək ki, yaralı döyüşçünün qardaşı İslam hazırda Daxili Qoşunların xüsusi təyinatlıları sırasındadır və o, Şuşanın erməni işğalçılarından azad olunması uğrunda gedən döyüşlərdə vuruşub.

Yaralı əsgər Ələkbər Məmmədov 2000-ci il mayın 9-da Ağsu şəhərində anadan olub. 2019-cu ildə həqiqi hərbi xidmətə çağırılıb. Ötən il sentyabrın 27-də Vətən müharibəsinin ilk günündən ön cəbhədə erməni silahlı qüvvələrinə qarşı döyüşüb. Füzulinin, Cəbrayılın, Hadrutun azad olunmasında, Xocavənd istiqamətində gedən döyüşlərdə düşmənə qarşı igidliklə vuruşub. Noyabrın 7-də ağır yaralanıb.

Milli.Az


Etiketlər:  Yaralı əsgər Xüsusi təyinatlılar sırasında döyüşən qardaşımla Şuşada görüşməyi arzu edirdim FOTO


RƏYLƏR