Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Yanvar 2021 10:09
Bakı. Samir Əli - Trend:
Daxili işlər orqanları əməkdaşları ölkə ərazisində koronavirus infeksiyasının yayılmasının qarşısını almaq üçün tədbirlərini davam etdirir. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, yanvarın 6-da ölkə ərazisində 11 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə saxlanılıb. Onlardan 10 nəfəri evə qayarılıb, 1 nəfər isə xəstəxanaya yerləşdirilib. Həmin şəxslərdən 9 nəfər barədə cinayət işi başlanıb.