Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Yanvar 2021 21:16
"Tesla" və "Panasonic" şirkətləri arasında akkumulyator batareyalarının tədarükünə dair yeni saziş imzalanıb.
Sonxeber.net ictnews.az-a istinadən bildirir ki, tənzimləyici orqanlara təqdim edilən sənədlərdə şirkətlərin ötən həftə 31 mart 2022-ci il tarixinədək qüvvədə olacaq qiymətqoyma haqqında saziş imzalaması təsdiqini tapıb. Saziş "Panasonic" tərəfindən Yaponiyada istehsal edilən litium-ion akkumulyator elementlərinin tədarükünə aiddir. O, sonradan düzəlişlərin edildiyi 5 oktyabr 2011-ci ildə imzalanmış ilk sazişə əsaslanır. Sənədlə istehsal gücü, qüvvədə olma müddəti ərzində satın alma və investisiya həcmi üzrə öhdəliklər müəyyən edilib.
"Panasonic" əvvəllər də "Tesla" şirkətinə "Model S и Model X" elektromobillərində istifadə üçün nəzərdə tutulan Yaponiyada istehsal edilən akkumulyatorların tədarükü ilə məşğul olub. Bu yaxınlarda isə "Panasonic" daha yüksək xüsusiyyətlərə malik yeni akkumulyator elementlərinin istehsalına başlamasını açıqlayıb.