Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Yanvar 2021 04:32
İngiltərədə aşkar edilən koronavirusun yeni ştammı artıq iki həftədir İspaniyada bu ölkə ilə epidemioloji əlaqəsi olmayan insanlar arasında yayılır.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, Böyük Britaniyaya səfər etməyən iki pasiyentdə eyni mutasiyaları aşkar etmiş Fisabio Valensiya İctimai Səhiyyə Fondunun keçirdiyi ilkin genetik analizlər bunu təsdiqləyir. Andalusiya, yeni ştammın artıq aşkar edildiyi İspaniyanın daha bir cəmiyyətlərindən biridir.
İspaniya Epidemiologiya Cəmiyyətinin prezidenti Pere Qodoyun sözlərinə görə, koronavirusun yeni ştammının davranışını proqnozlaşdırmaq mümkün deyil. Bu mümkün mutasiyalar, vaksinasiyanın miqyasının genişləndirilməsi, yoluxanların sayı, yerli dinamika kimi bir çox amillərdən asılı olan bir prosesdir.
Ekspertlər hesab edirlər ki, İspaniyada yeni ştammın yayılması İspaniya və Böyük Britaniya arasında insanların fəal hərəkət etməsini nəzərə alaraq gözlənilən idi.