Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Yanvar 2021 09:20
ABŞ-ın hazırkı prezidenti Donald Tramp səlahiyyətlərinin bitmə müddətinə qədər "Facebook" və "Instagram"da yazmaq hüququndan məhrum olacaq.
Sonxeber.net unikal.org-a istinadən bildirir ki, bu barədə şirkətin rəhbəri Mark Zukerberqin bəyanatında bildirilir:
"Donald Trampın xidmətlərimizdən istifadə etməsinin riskli olduğunu hesab edirik. Buna görə də onun feysbuk və instaqram hesablarının bloklanması müddətini 2 həftəlik uzadırıq".
Qeyd edək ki, 2 gün əvvəl ABŞ Konqresi iclas zamanı hazırkı prezident Donald Trampın tərəfdarlarının hücumuna məruz qalıb. İğtişaşlar nəticəsində 4 nəfər ölüb, 52 şəxs saxlanılıb. Vaşinqtonda komendant saatı elan olunub.