Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Gizli işləyən kafedə 19 nəfər cərimələndi

Gizli işləyən kafedə 19 nəfər cərimələndi

Tarix: 9 Yanvar 2021 11:56

Xaçmazda karantin rejimi qaydalarına zidd olaraq fəaliyyət göstərən çayxana aşkar edilib.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Milli.Az-a verilən məlumata görə, Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı rayonun Yergüc kəndi ərazisində yerləşən çayxananın mövcud karantin qaydalarına zidd olaraq fəaliyyət göstərdiyi məlum olub.

Obyektə baxış zamanı orada olan 18 müştərinin və obyekt sahibi İ.Gülməmmədovanın sərtləşdirilmiş karantin rejimi qaydalarını pozduqları müəyyən edilib. Qanunvericiliyə uyğun olaraq həmin şəxslər saxlanılaraq polis şöbəsinə gətiriliblər.

Onların barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə cərimə protokolları tərtib olunub.

Milli.Az


Etiketlər:  Gizli işləyən kafedə nəfər cərimələndi


RƏYLƏR