Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Yanvar 2021 15:20
"Atletiko"nun baş məşqçisi Dieqo Simeone klubdakı gələcəyi barədə danışıb.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, 50 yaşlı mütəxəssis hər gün Madrid təmsilçisindən qovulacağını düşündüyünü deyib:
"İnsanın öz hisslərini ifadə etməsi çətindir. Mən həmişə səmimiyəm. Hər zaman düşünürəm ki, sabah "Atletiko"dan qovulacağam. Daim oyundan-oyuna yanaşması ilə yaşayıram. Buna istədiyiniz şərhi verə bilərsiniz. Artıq mətbuat konfranslarında "Atletiko"da xoşbəxt olduğumu, keçid ilindən çıxdığımızı, La Liqada kimi çətin çempionatda çox yaxşı bir mövsüm keçirdiyimizi demişəm".
Qeyd edək ki, "Atletiko" yanvarın 6-da İspaniya kubokunda 3-cü devizion klubu "Kornella"ya uduzaraq (0:1), mübarizəni dayandırıb. Sözügedən məğlubiyyətdən sonra Simeonenin istefa verəcəyi haqda xəbərlər yayılmışdı.