Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İnşaat tullantılarını sahilə atan şəxs cəzalandırılıb

İnşaat tullantılarını sahilə atan şəxs cəzalandırılıb

Tarix: 14 Yanvar 2021 10:39

Bakı. İlhamə İsabalayeva - Trend:

Xəzər rayonu, Türkan qəsəbəsi ərazisində dəniz sahilinə bərk tullantıların atılması ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət Xidmətin əməkdaşları tərəfindən yerində araşdırılıb.

Trend-in məlumatına görə, xidmətin rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, sözügedən əraziyə baxış keçirilib və sahil zolağına yaxın ərazidə fərdi yaşayış evinin tikintisi zamanı formalaşan inşaat tullantılarının dəniz sahilinə atıldığı məlum olub. Faktla bağlı qanun pozucusu, fərdi yaşayış evinin sahibi vətəndaş Sadıx Babayev cərimə olunub, əraziyə cavabdeh Türkan bələdiyyəsi barəsində isə inzibati tədbir görülüb.

“Sahil zolağının qısa vaxt ərzində tullantılardan təmizlənməsi və gələcəkdə belə hallara yol verilməməsi üçün aidiyyəti qurumlara müraciət olunub”.


Etiketlər:  İnşaat tullantılarını sahilə atan şəxs cəzalandırılıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ