Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Yanvar 2021 11:30
ABŞ-da yanvarın 6-da Konqres binasına hücumlardan sonra sosial media şirkətləri hadisələrin cavabdehi olduğu hesab edilən ölkə Prezidenti Donald Trampın hesablarını bloklamağa davam edir.
Sonxeber.net unikal.org-a istinadən bildirir ki, "Snapchat" sosial media platforması keçən həftə Trampın dondurulmuş hesabı ilə bağlı son qərarını verib.
Şirkətdən verilən yazılı açıqlamada ABŞ başçısının hesabının araşdırıldığı qeyd edilir: "İctimai təhlükəsizliklə əlaqədar yalan məlumatların, nifrət doğuran ifadələrin və şiddətə təhrik edilmənin qarşısını almaq üçün Trampın hesabını həmişəlik bağlamağa qərar verdik".